METBUAT.AZ

Dünya

"Arsenal" çempionluğu əldən verməsinin "intiqamını" belə alır

22 may 2023 17:12

“Mançester Siti”nin kapitanı İlkay Gündoğanın klubla müqaviləsi mövsümün sonunda başa çatır və komandadan ayrılacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, jurnalist David Ornsteinin xəbərinə görə, "Arsenal" İlkay Gündoğanla yaxından maraqlanır. Məlumata görə, Premyer Liqada çempionluq uğrunda "Mançester Siti"yə məğlub olan “Arsenal”, İlkay Gündoğana təklif göndərib. Bildirilir ki, bu transferin reallaşması üçün əvvəlcə Qranit Xaka “Arsenal”ı tərk etməlidir.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm “Mançester Siti”nin aparıcı futbolçularından olub. İlkay Gündoğan bir çox Avropa klubunun həfədindədir.


metbuat.az.