METBUAT.AZ

Dünya

ATƏT dağıla bilər

29 may 2023 09:25

Rusiya və Belarusun Estoniyanın sədrliyini təsdiq etmək istəməməsi səbəbindən ATƏT dağıla bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

“Əgər 2024-cü ildə sədr olmasa və bu məsələdə konsensus yoxdursa, gələn il ATƏT-in bir təşkilat kimi məhv edilməsi ili olacaq”, - Haavisto deyib.

Məlumat üçün bildirək ki, təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında rotasiya ilə seçilən sədrlik 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir. Bu il Rusiya və Belarus Estoniyanın gələn il sədrliyə namizədliyini dəstəkləməyib və Estoniya özü də namizədliyindən imtina etmək istəmir.


metbuat.az.