8 may 2023 17:00
Heydər Əliyev Fondu və xeyriyyəçi azərbaycanlı iş adamlarının dəstəyi ilə Azərbaycan Türkiyədə zəlzələdən zərərçəkmişlər üçüb yeni məhəllə salıb.
Metbaut.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb.
O bildirib ki, konteynerlərdən ibarət məhəllə Kahranmaraş şəhərinin Türkoğlu rayonunda yaradılıb: “Zəhməti olan hər kəsə təşəkkür edir, millətimizə növbəti dəfə “keçmiş olsun” deyirəm”.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.