4 may 2023 14:31
Azərbaycan-NATO tərəfdaşlığı Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin məqsəd və prinsiplərinə uyğun tərəqqi əldə edib.
Metbuat.az xəbər verir ki, Azərbaycanın NATO-dakı missiyasının “Tvitter” paylaşımında belə qeyd edilib:
“Bundan 29 il öncə Ümummilli lider Heydər Əliyev Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədini imzalayaraq Azərbaycan və NATO arasında qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoyub. Ötən üç onillik ərzində Azərbaycan-NATO tərəfdaşlığı Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin məqsəd və prinsiplərinə uyğun nəzərəçarpan tərəqqi əldə edib”, - deyə paylaşımda qeyd edilib.