METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

18 may 2023 09:56

"Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Metbuat.az xəbər verir ki, hazırda Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları və yaxud 1,73 % artaraq, 79,22 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. Bu isə 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) neftinin 44,6% bahalaşdığına dəlalət edir.


metbuat.az.