METBUAT.AZ

Siyasət

"Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

14 may 2023 21:28

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

"İki ölkənin liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər", - Şarl Mişel bildirib.

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.


metbuat.az.