METBUAT.AZ

Elm və Təhsil

Azərbaycanda professor vəfat etdi -

17 may 2023 10:48

Azərbaycan Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi vəfat edib.

Metbuat.az xəbər verir ki, tarix elmləri doktoru, professor Xan Xoyski Azad Cəfər oğlu 75 yaşında vəfat edib.

Qeyd edək ki, Azad Xan Xoyski Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, Cümhuriyyətin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir.

O, “Azərbaycan Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.



metbuat.az.