METBUAT.AZ

Elm və Təhsil

Azərbaycanda son zəngin vaxtı dəyişdirilə bilər?

16 may 2023 17:02

"Məktəb günlərinin sayını azaltmaq uşaqlarımıza yaxşı təsir etmir".

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib:

"Tədrisi ili nə qədər uzun olarsa, bu bizim övladlarımızın gələcəyi üçün daha yaxşıdır. Tədrisi qısaltmaqla, tədrisdən olan gözləntilər də qısalır. Biz isə tədrisdən olan gözləntiləri uzatmaq istəyirik".

Onun sözlərinə görə, isti hava şəraitinə gəlincə, iyun 1-15-də olan isti hava proqnozu ilə sentybarın ilk 15 günündə havalar arasında ciddi fərqi yoxdur.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildən tədris ilinin son günü iyunun 15-dir.



metbuat.az.