30 may 2023 18:29
Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinndə tikinti və şəhərsalma xərcləri ilə bağlı proqnozu 7 461,97 milyon manata kimi artırılır.
Metbuat.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32 % və ya 1 810 milyon manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 5 651,97 milyon manat proqnozlaşdırılıb.