METBUAT.AZ

Ölkə

Azərbaycanda zəlzələ oldu

19 may 2023 09:04

Goranboyda zəlzələ olub.

Bu barədə Metbuat.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudasi 3.1 böyüklükdə olan yeraltı təkan 25 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.


metbuat.az.