METBUAT.AZ

Ölkə

Azərtac işçi axtarır

20 may 2023 15:20

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Türkiyə (Ankara), Almaniya (Berlin), ABŞ (Vaşinqton), Böyük Britaniya (London), Qazaxıstan (Astana), Latviya (Riqa) və Özbəkistan (Daşkənd) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.

Metbuat.az Azertac-a istinafdən xəbər verir ki, media orqanı aşağıdakı sahələr üzrə işçi axtarır:

- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;

- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;

- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;

- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;

- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;

- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;

Tələblər isə aşağıdakılardır:

- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;

- 25-55 yaş arası olmalı;

- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;

- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);

- Məntəqənin yerləşdiyi ölkənin dilini bilmək üstünlükdür;

- Stresli vəziyyətlərə davamlı olmalı;

- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;

- xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;

- müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;

- xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;

- foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;

- müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;

Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il iyunun 20-dək vakansiya@azertac.az ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin adını yazmaq xahiş olunur.


metbuat.az.