16 may 2023 14:08
"Azərbaycan Dəmir Yolları" Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin qeyri-müəyyən müddətə bağlanmasıilə əlaqədar məlumat verib.
Mətbuat.az xəbər verir ki, yol xəttinin bağalanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.
Qeyd edək ki, sözügedən dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib.
Həmçinin, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi.