3 may 2023 14:57
"Bakı və İrəvan Rusiyada danışıqların keçirilməsinə razılıq verib".
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya üçtərəfli bəyanatlara sadiqdir”, - deyə o vurğulayıb.
Xatırladaq ki, bir neçə gündür ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.