METBUAT.AZ

Hadisə

Bakıda 7080 manatlıq

30 may 2023 11:21

Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və 1 kafedən ümumilikdə 4000 manat pul və 3080 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Miraşikinko saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.