4 may 2023 11:28
Maştağada yaşayan Məmmədovlar ailəsində dördəm dünyaya gəlib. Ailə övladlarına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə və Ümummilli lider Heydər Əliyevin xatirəsinə İlham, Mehriban, Ərdoğan və Heydər adlarını verib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ata Murad Məmmədov uşaqlar martın 31-də, Respublika Perinatal Mərkəzində dünyaya gəliblər:
“Lakin onlar vaxtından əvvəl, yəni 7 aylıq doğulduqları üçün xəstəxanadan uşaqları 33 gün sonra, mayın 3-də çıxardıq. Uşaqlardan biri qız, üçü isə oğlandır. Hazırda vəziyyətləri normaldır. Bu adları uşaqlara Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar qoyduq. Ərdoğan adını isə övladımıza Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə dəstəyinə görə verdik”.
8 il əvvəl ailə quran 32 yaşlı Murad və 30 yaşlı Aygülün 7 yaşlı Ayan adlı bir qızları da var.