17 may 2023 14:50
"Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günündə (IDAHOBIT) Birləşmiş Ştatlar dünyada bütün lezbiyan, gey, biseksual, transgender, queer və interseks (LGBTQI+) fərdilərin insan hüquqlarını bir daha təsdiq edir".
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə səhifəsindəki paylaşımda bildirilib.
"Onların verdikləri töhfələri qeyd edir, və bu fərdlərə qarşı davam edən ayrı-seçkiliyə və zorakılığa son qoymağı öhdəliyini üzərinə götürür",- deyə paylaşımda qeyd olunub.