METBUAT.AZ

Hadisə

Bakıda qamışlıq ərazi

25 may 2023 14:01

Bakıda qamışlıq ərazi yanır.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


metbuat.az.