5 may 2023 11:24
Barmaqları şaqqıldatmaq sümüklərə hec bir ziyan vurmur.
Metbuat.az xəbər verir ki, bu barədə həkim-nevroloq Qalib Əsədov məlumat verib.
Onun sözlərinə görə, artrit ve ya gələcəkdə əllərin əsməsinə getirib çıxarar fikirləri tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur: "Bizim eşitdiyimiz şaqqıltı səsi sadəcə oynaq daxili mayede olan qazların təzyiqin azalması nəticəsində partlamasıdır. Oynaqda maye var. Barmağımızı dartdıqda təzyiq azaldığı üçün həmin mayedə həll olmuş qazlar qabarcıqlar şəklində formalaşır".