METBUAT.AZ

Dünya

Bayden Yaponiyaya səfər etdi

18 may 2023 16:28

ABŞ Prezidenti Co Bayden Yaponiyaya səfər edib.

Metbuat.az xəbər verir ki, Bayden Xirosima şəhərində keçiriləcək G7 ölkələrinin sammitində iştirak edəcək. Məlumata görə, Baydeni dövlət katibi Entoni Blinken müşayiət edir. Səfər çərçivəsində ABŞ Prezidentinin bir sıra görüşlər keçirəcəyi gözlənilir.


metbuat.az.