METBUAT.AZ

Qarabağ

Bir qrup erməni diversant Zəngilanda dövlət sərhədini yarıb keçməyə cəhd etdi

26 may 2023 20:31

Bir qrup erməni diversant Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib.

Metbuat/az xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, erməni diversantların cəhdinin qarşısı alınıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib, 2 diversant saxlanılıb.

Detallar barədə tezliklə məlumat veriləcək.


metbuat.az.