METBUAT.AZ

Dünya

Borrel Çinlə normal əlaqələr üçün şərti açıqladı

13 may 2023 08:25

Çin Rusiyanı Ukraynadakı münaqişəni dayandırmağa inandırmasa, Aİ ilə Çin münasibətləri normal inkişaf etməyəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə cümə günü Aİ xarici işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşündən sonra Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

"Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Aİ ilə Çin münasibətləri normal inkişaf etməyəcək", - Borrel bildirib.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri qeyd edib ki, Aİ-nin “Çinlə iki strateji təhlükəsizlik problemi var: Tayvan və Ukraynadakı münaqişə”.


metbuat.az.