METBUAT.AZ

İqtisadiyyat

Bu avtomobillər ƏDV-dən

30 may 2023 13:57

Ölkə ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunur.

Metbuat.az xəbər verir ki, Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsi parlamentin mayın 30-da keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Sənədə əsasən, dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Digər dəyişikliyə əsasən, idxalı – 2021-ci il oktyabrın 15-dən həyata keçirilən və onların istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı da 2023-cü il martın 1-dən ƏDV-dən azad olunur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı da 2023-cü il martın 1-dən 5 il müddətinə əlavə dəyər vergisindən azad olunur.


metbuat.az.