8 may 2023 22:18
Vilnüsdə Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməkdən məmnun oldum.
Metbuat.az xəbər verir ki, bunu Litva Respublikasında rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov özünün "Twitter" hesabında yazıb.
"Ümid edirik ki, bu görüşün nəticələri çoxşaxəli əlaqələrimizin daha da genişlənməsinə kömək edəcək", -deyə nazir əlavə edib.
Qeyd edək ki, Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.