26 may 2023 15:44
Azərbaycanda müşahidə ediıən faktiki hava açıqlanıb.
Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 26-sı saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Şərur, Ordubad, Balakən, Zaqatala, Qax, Altıağac, Şabran, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Xaltan, Quba, Salyan, Qazıməmməd, Qobustan, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Ağsuda şimşək çaxıb, arabir yağış yağıb.
Yağan leysan xarakterli yağışlarla əlaqədar 26 may saat 11:55-də Gəncəçay Alaxançallıda, saat 13:40-14:05 radələrində Aşağı Ağcakənd ərazisindən, saat 12:03-12:33 radələrində Gədəbəydən, saat 14:15 radələrində Gəncəçay-Zurnabaddan sel keçib.