METBUAT.AZ

Ölkə

Bu məktəbdə nərd çempionatı keçirildi -

19 may 2023 15:08

"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair bildiririk ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib".

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən Metbuat.az-a bildirilib.

Qeyd edilib ki, təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb:

"Ümumi təhsil müəssisəsinin "Facebook" səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib".


metbuat.az.