METBUAT.AZ

Maraqlı

Bu tarixdə "Qanlı Ay" tutulması baş verəcək:

8 may 2023 16:56

Mayın 16-da böyük maraqla gözlənilən "Qanlı Ay" tutulması hadisəsi baş verəcək.

Bu kosmik hadisə Afrika, Avropa və Cənubi Amerikanın əksər hissəsində və Şimali Amerikanın əksər hissəsində görünəcək. Əqrəb bürcündə baş verəcək bu tutulmanın təsiri 6 ay davam edəcək. Astroloqlar ayın bürclərə necə təsir edəcəyi barədə proqnozlar hazırlayıblar.

Metbuat.az həmin məlumatı təqdim edir.

Qoç: Sizin həyat yoldaşınız, ailənizin və ya iş qurduğunuz insanların maddi problemləri ilə bağlı məsələlər gündəminizdə ola bilər.

Buğa: Xüsusilə dəyişməyə qapalı olduğunuz üçün bu tutulma çətin ola bilər.

Əkizlər: İş mühitində yaşadığınız stressin sağlamlığınıza mənfi təsir göstərməsi ehtimalı var.

Xərçəng: Tutulma zamanı daha çox emosional olacaqsınız. Bu zaman məntiqiniz sizi yanılda bilər.

Şir: Ev dəyişmək, torpaq almaq kimi vəziyyətlər haqqında daha çox düşünə bilərsiniz.

Qız: Ünsiyyətlə bağlı böhranlara, problemlərə və fikir ayrılıqlarına diqqət yetirməkdə faydalıdır.

Tərəzi: Pul məsələlərində daha cəsarətli qərarlar vermək istəyə bilərsiniz.

Əqrəb: Əgər özünüzdən uzaqlaşdırmaq istədiyiniz pis vərdişləriniz varsa, indi tam zamanıdır. İş həyatınızda bəzi çətinliklər yaranacaq.

Oxatan: Bu dövr qohumlarınız, dostlarınız və ya ailənizlə bağlı məxfi məlumatları ortaya çıxara bilər.

Oğlaq: Ağlınızda bir planınız ola bilər, ancaq bilməlisiniz ki, bu planlar hər zaman mükəmməl olmur.

Dolça: Müdirlərinizlə aranızda yarana biləcək fikir ayrılıqlarına, böhranlara və problemlərə hazır olmalısınız.

Balıqlar: Ola bilsin ki, bəzi mövzularda dəyişiklik yaşamaq və yeni qərarlar qəbul etmək istəyirdiniz, ancaq cəsarətinizi toplaya bilməlisiniz.


metbuat.az.