18 may 2023 16:20
Türkiyədə müxalifətin prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu bildirib ki, hakimiyyətə gələrsə, bütün qaçqınları ölkədən qovacaq
Metbuat.az xəbər verir ki, siyasətçi Ankarada keçirdiyi mətbuat konfransında “seçilsəm, bütün qaçqınları geri göndərəcəyəm” deyib.
Onun sözlərinə görə, Türkiyədə 10 milyona yaxın qaçqın var. “Əgər onlar qalsalar, 10 milyondan çox yeni miqrant Türkiyəyə axışacaq. Onlar qalsa, dollar 30 lirəyə qalxacaq”, - Kılıçdaroğlu bildirib.