10 may 2023 16:12
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri arasında keçirilən dördtərəfli görüş barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o sosial media hesabındakı paylaşımında bildirib ki, görüş zamanı terrorla mübarizə, infrastrukturun yenidən qurulması, siyasi prosesin irəlilədilməsi və Suriyanın ərazi bütövlüyü kimi mövzularda əməkdaşlıq vurğulanıb. Qeyd edək ki, toplantıda Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edirlər.