METBUAT.AZ

Ölkə

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

17 may 2023 09:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşü çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN Tvitterdə bildirib.

Həmçinin, baş diplomat İslandiyanın baş naziri Katrin Yakobsdottir ilə də görüş keçirib.


metbuat.az.