17 may 2023 15:40
Xarici işlər naziri Ceyhun Bayramov İslandiyaya işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri lord Tariq Ahmad ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə XİN-in tviter paylaşımında qeyd olunub.
Bildirilib ki, tərəflər Azərbaycan və Böyük Britaniya əlaqələrinin dinamikasına, müxtəlif sahələrdə əməkdaşlıq və hazırkı regional vəziyyətə dair müzakirə aparıblar.
Həmçinin, nazir özü də öz tviter paylaşımında görüşün məhsuldar keçdiyini qeyd edib.
“Biz Azərbaycanla Böyük Britaniya arasında hazırkı əlaqələrdən məmnunluğumuzu ifadə etdik və strateji əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensial olduğunu vurğuladıq” - XİN başçısı vurğulayıb.