16 may 2023 09:12
Yaponiyada sosial media seqmentlərində paylaşılan qadın fotosu gündəm olub.
Metbuat.az xəbər verir ki, sosial mediada paylaşılan qadının səhiyyə naziri olduğu irəli sürülüb. Məlum olub ki, minlərlə sosial media istifadəçisi naziri tanımır və onlar paylaşıma inanıblar. Lakin "qadın"ın əslində nazir olmadığı məlum olub. Bildirilir ki, ümumiyyətlə belə bir qadın yoxdur. Foto süni intellekt texnologiyaları vasitəsilə hazırlanıb.
Qeyd edək ki, Yaponiyanın səhiyyə, əmək və rifah naziri Kato Katsunobu adlı şəxsdir və o kişidir.