METBUAT.AZ

Ölkə

Deputatdan pensiya yaşının azaldılması ilə bağlı

30 may 2023 17:12

Azərbaycanda pensiya yaşının 65 olması heç kim tərəfindən qəbul olunmur.

Metbuat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin mayın 30-da keçirilən iclasında çıxışı zamanı deyib.

"Nə üçün biz xalqın ziyanına olan qərarlar veririk? Təklif edirəm ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. Üç uşağı olan analar isə 55 yaşında pensiya almaq imkanına malik olsun. Bu məsələnin üstündə ciddi durmaq lazımdır", - deputat bildirib.

Deputat təklif edib ki, iş ştajı da 25 ildən 15 ilə çatdırılsın.



metbuat.az.