METBUAT.AZ

İqtisadiyyat

Dollarla bağlı gözlənilən qərar verildi

4 may 2023 10:58

ABŞ-ın Federal Ehtiyatlar Sistemi 25 bənd üzrə uçot dərəcəsini artırıb.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir. Belə ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi federal fondlar üzrə faiz dərəcəsini 25 bənd üzrə qaldırıb. İndi onun diapazonu illik 5-5,25% təşkil edir. Sonuncu dəfə bu göstərici 2007-ci ildə 5%-dən yuxarı olub.

Ekspertlərin sözlərinə görə, sonuncu iclasda əsas uçot dərəcəsinin artırılması barədə qərar verən FED bu siyasətlə daxili bazarda inflyasiyanın qarşısını almağa çalışır.

Qeyd edək ki, Federal Ehtiyatlar Xidmətinin rəhbəri Cerom Pauel inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini artırılmasının vacibliyini bildirmişdi.


metbuat.az.