17 may 2023 15:52
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda nəqliyyat vasitələrinə və texnikaya (buldozer) ümumilikdə 38 sifariş qəbul edilib, hərracda 13 nəqliyyat vasitəsi və texnika (buldozer) satılıb.
Metbuat.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Buldozer T-130” markalı texnikaya maraq daha çox olub. Belə ki, buldozerin ilkin satış qiyməti 2.000 manat olsa da, ən son təklif 4 800 manata yüksəlib. Bundan başqa, 700 manat ilkin satış qiyməti ilə təklif edilən “QAZ 66-11” markalı nəqliyyat vasitəsi 2 500 manata satılıb.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə