METBUAT.AZ

Hadisə

DTX-nin ifşa etdiyi şəxslərin səs yazısı:

16 may 2023 09:45

Xəbər verdiyimiz kimi, DTX Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa ediliblər.

Metbuat.az xəbər verir ki, düşmənlə əlbir olan xəyantkarın səs yazısı yayılıb.

Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər İFŞA EDİLDİ - VİDEO

Belə ki, Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.

Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil edib.

Rəşad Əhmədovun düşmənə göndərdiyi səsdə deyilir: "Gözləyirəm. Azərbaycana qarşı vuruşmaq üçün ölürəm. Nifrət edirəm o ölkəyə. Onun bayrağına, torpağına, şəhidinə - hər bir şeyinə nifrət edirəm".

Səsyazısını videomaterialdan izləyə bilərsiniz:



metbuat.az.