METBUAT.AZ

Texnologiya

Dünyanın gələcəyini dəyişdirə bilən

16 may 2023 15:40

Bəşəriyyət yeni müharibə dövrünün astanasındadır. Süni intellektin sürətli inkişafı nəticəsində idarə olunan silahların istehsalına şərait yaratdı. Nəticədə hücumu idarə edən zabit və ya tətiyi çəkən əsgər olmadan hədəfi dəqiq nişan alan, öldürməyə qərar verə bilən silahlar meydana çıxdı. Bu da ölkələr arasında münaqişənin gələcəyini sürətlə dəyişdirir.

Metbuat.az süni intelektə malik "LAWS" robotları barədə maraqlı məlumatları təqdim edir:

Tənqidçilər öldürücü avtonom silah sistemlərinin (LAWS) qatil robotlar adlandırırlar. Bir çox ölkələr, o cümlədən ABŞ, Çin, Böyük Britaniya, Hindistan, İran, İsrail, Cənubi Koreya, Rusiya və Türkiyə son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub. Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən 2020-ci ildə Liviyada davam edən qarşıdurma fonunda Türkiyə istehsalı olan "Karqu-2" pilotsuz təyyarələrinin tam avtomatik rejimdə döyüşçülərə hücum etməsi bu yeni dövrün başlanğıcı kimi qeyd edilir.

Həm Moskva, həm də Kiyev bu ekipajsız silahlardan düşmən əsgərlərini və infrastrukturunu hədəfə almaq üçün istifadə edib. Bu cür maşınların ortaya çıxması və tətbiqi bütün dünyada ekspertlər, fəallar və diplomatlar arasında gərgin müzakirələrə səbəb olur, çünki onlar robotlardan istifadənin mümkün faydaları və potensial riskləri ilə mübarizə aparır və onların qarşısını alıb-almamaq barədə düşünürlər.

Bununla belə, getdikcə bölünən geosiyasi mənzərə fonunda beynəlxalq ictimaiyyət bu maşınlarla bağlı hər hansı konsensusa gələ bilmir.

Ümumiyyətlə, bu cür silahların yaratdığı etik, hüquqi və texnoloji təhlükələr döyüş meydanını ələ keçirməzdən əvvəl onları dayandırmağı vacib edirmi? Ümumi qadağa mümkündür, yoxsa bir sıra qaydalar daha real seçimdir? Əl-Cəzirə bu sualları bu sahədə aparıcı mütəxəssislərə verib.

Cavab olaraq bildirilib ki, avtonom silah sistemlərinə açıq-aşkar qadağa yaxın vaxtda mümkün görünmür. Böyük hərbi güclər bu cür sistemlərin onlara verə biləcəyi potensial döyüş üstünlükləri ilə maraqlansalar da, hökumət və generallardan savayı onlara maraq hələ ki çox deyil.

Qazanc və risk

Süni intellektlə idarə olunan avtonom silah sistemlərinin hərbi baxımdan faydaları var. Onlar döyüş meydanında bəzi tapşırıqları əsgərlərdən istifadə etmədən yerinə yetirə bilirlər. Bu da itki riskini azaldır. Hərbi ekspertlər iddia edirlər ki, bu sistemlərə daxil edilmiş mürəkkəb texnologiya qərarların qəbulunda insan səhvlərini aradan qaldıra, azalda bilər.

Avtonom silah sistemləri, həmçinin ildırım sürətində aşkarlama alqoritmləri ilə potensial təhlükəni insanlardan daha yüksək effektivlik və dəqiqliklə aşkar edib aradan qaldıra bilən müdafiə imkanları üçün istifadə edilə bilər.

Bununla belə, bir çox ekspertlər və hüquq müdafiəçiləri üçün risklər hər hansı potensial üstünlüklərdən daha vacibdir. Yaşamaq və ya ölüm qərarlarını verən emosional maşınlarla bağlı heç bir nəzarət olmadan texniki nasazlıq ehtimalından tutmuş beynəlxalq hüququn pozulmasına kimi bütün etik narahatlıqlar daxildir. Bütün bu narahatlıqların mərkəzində isə cavabdehlik məsələsi durur.

2019-cu ildə BMT-nin Baş Katibi Antonio Quterreş bildirib ki, insanların iştirakı olmadan insanların həyatına son qoymaq gücünə malik maşınlar siyasi baxımdan qəbuledilməz və mənəvi cəhətdən iyrəncdir.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


metbuat.az.