METBUAT.AZ

Ölkə

Elçiliyin qurbanı olan Vüsalın qətlinin TƏFƏRRÜATI -

28 may 2023 12:17

Aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlı qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, V.İlhamlı elçilik zamanı yaranan mübahisə zəminində öldürülüb.

Belə ki, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə vaideynlərini Cəlilabad rayonuna - sevdiyi qızın ailəsinə elçi göndərib. Lakin elçilik zamanı tərəflər arasında razılıq əldə edilməyib. Bundan sonra Rüfət xəbər göndərərək qızı qaçıracağını bildirib. Qızın ailəsi bundan narahat olub və qohumlar Cəlilabaddan Biləsuvarın kəndinə yola düşərək məsələni müzakirə etmək istəyiblər.

Biləsuvara gedən qohumlar arasında qızın yaxın qohumu olan Vüsal İlhamlı da olub. Münaqişə zəminində Rüfət Əlizadə qızın qohumu V.İlhamlıya ürək nahiyəsindən bıçaqla bir zərbə endirib. Ağır xəsarət alan 37 yaşlı şəxs hadisə yerində vəfat edib.

Ətraflı "AStar"ın hazırladığı reportajda izləyə bilərsiniz:



metbuat.az.