16 may 2023 17:55
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.
Bu barədə Metbuat.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.
İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolu təqdir edilərək Azərbaycanın bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib.
Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.