METBUAT.AZ

Şou-Biznes

Əlikram Bayramov:

5 may 2023 10:39

Əlikram Bayramov müğənnilik karyerasına başlamağından danışıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə "Həmin Zaur" verilişində danışıb. Müğənni bildirib ki, 1999-cu ildə 23 yaşında olanda Biləsuvarda toyların birinə Heydər Əliyev də gedib. Bu zaman onu görüb və Bayramova dəstək olunması üçün tapşırıq verib:

"Dünyanın ən xoşbəxt müğənnisiyəm. İki gəncin toy axşamı idi, Ulu öndərimiz də gəlmişdi ora. Mən oxuyanda məni gördü. Sonra orada adamlar var idi. Tapşırdı ki, bu müğənniyə dəstək verilsin. Sonra da məni Bakıya gətirdilər. Heydər Əlieyv məni gətirməsəydi, elə Biləsuvarda qalacaqdım. İmkanım yox idi. Allah onu rəhmət eləsin!".


metbuat.az.