METBUAT.AZ

Ölkə

Əlizamin Salayevə

22 may 2023 14:38

Xuliqanlıq əməlində ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayevin məhkəməsi keçirilib.

Metbuat.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsi onun barəsində hökm oxuyub.

Məhkəmənin qərarı ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb.


metbuat.az.