METBUAT.AZ

Ölkə

"Əminəm ki, qatil rejimin terrorçuları öz layiqli cəzalarını alacaqlar"

22 may 2023 10:52

"Əhməd Obalı mənfur İran rejiminə qarşı mübarizə aparan ən dəyərli şəxsiyyətlərimizdən biridir. Oğlu Dənizlə birgə ABŞ-da uğradığı xain saldırını şiddətlə qınayıram".

Metbuat.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.

Fazil Mustafa Əhməd Obalıya və oğluna Allahdan şəfa diləyib. "Əminəm ki, qatil rejimin terrorçuları öz layiqli cəzalarını alacaqlar", - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Obalılara sui-qəsd edən 6 nəfər ABŞ polisi tərəfindən saxlanılıb.


metbuat.az.