METBUAT.AZ

Ölkə

Energetika naziri Səudiyyə Ərəbistanına səfər edib

23 may 2023 17:55

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun dəvəti ilə mayın 23-də bu ölkəyə səfər edib.

Bu barədə Metbuat.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında energetika sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


metbuat.az.