4 may 2023 10:46
ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.
Metbuat/az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi olacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.