18 may 2023 22:08
Türkiyədə prezident seçkilərinin ilk dəfə 2-ci tura qalması və “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 49.51%, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun 44.85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğanın 5.17%, seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncnənin 0.44% səs toplaması Türkiyədə seçkilərin demokratik şəraitdə keçməsindən xəbər verir. Beləliklə, 2-ci turda mübarizə daha yüksək səs toplamış prezidentliyə namizəd 2 nəfər arasında keçiriləcək. Tərəddüdsüz qeyd edə bilərik ki, 1-ci turdan fərqli olaraq 2-ci turda Ərdoğan 15% səslə qalib gələcək!
Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş Böyük Millət Məclisinə Dövlət Bağçalının sədr olacağını elan etdikdən sonra Sinan Oğana verilmiş səsləri qeyri-şərtsiz ozü qazanacaq.
Namizədlər arasında nisbətən gənc olan Sinan Oğan seçki marofonundan çıxmaqla meydanı Ərdoğan və Kılıçdaroğluna buraxdı. Bu, onu deməyə əsas verir ki, xüsusilə Oğanı dəstəkləyən türküçü gənclər öz səslərini Kamal Kılıçdaroğlundan 5 yaş kiçi olan Rəcəb Tayyib Ərdoğana verəcək. Kılıçdaroğlu yaşca böyük olmasına rəğmən siyasətdə naşıdır, onun bu turda yüksək faizlə səs almaq şansı çox azdır.
Kamal Kılıçdaroğlu zəlzələ bölgəsində yaşayan elektoratın səsini daha çox almışdı. Bu, ona görə idi ki, o, seçkiqabağı kampaniya dövründə onların qarşısında çıxış edərək yalan vədlər vermişdi. Onlara Amerikadan alacağı maliyyə dəstəyi ilə evlər tikib paylayacağını demişdi. Bu sadəcə seçkiqabağı dövrdə Ərdoğana veriləcək səsləri bu yolla oğurlamağa hədəflənməkdən başqa bir şey deyildi.
1-ci turda yalan vədlərə aldanıb Kamal Kılıçdaroğluna səs verənlər artıq səhvlərini başa düşüblər. 2-ci turda seçki məntəqələrinə gəldikləri halda bu dəfə onlar öz səslərini Türkiyənin xilaskarına, düşmənlərə qarşı cəsarətlə, məharətlə mübarizə aparan Rəcəb Tayyib Ərdoğana verəcəklər. Yəni Kamal Kılıçdaroğlu seçkidən yağışda islanmış darı kimi çıxacaq. Çox güman ki, bu dəfə onlar bütün məntəqələrdə öz nümayəndələrini yerləşdirməkdə çətinlik şəkəcəklər.
“Altılı masa”nı təmsil edən “Millət İttifaqı”na daxil olan partiyalar arasında seçkilərin 1-ci turunun nəticələrindən sonra nifaq olduğu görunur. Belə ki, İYİ Partiyasının sədri Meral Akşenər seçkiyə qədər “Millət İttifaqı”ndan ayrılsa da, çox keçmədən yenidən geri döndü. 14 may seçkilərinin nəticələri açıqlandıqdan sonra isə heç bir paylaşım etmir, açıqlama vermir, sadəcə susur. Bu o deməkdir ki, Akşənər siyasi müstəvidə nələrin baş verdiyini yaxşı bilir.
Artıq dünyada siyasi, iqtisadi güc mərkəzi kimi tanınan, sayılan və bəzi məsələləri diktə edə bilən Türkiyənin qarşıdakı 5 ilə də Ərdoğanla qədəm qoyması yarımçıq qalmış, həmçinin yeni böyük layihələrin həyata keçirilməsi üçün çox lazımdır. Türk dünyasının birləşməsi, təşkilatlanması da Ərdoğan faktorundan çox asılıdır.
Artıq strateji müttəfiklik, qardaşlıq səviyyəsində qurulmuş, düşmənə gözdağı olan Azərbaycan-Türkiyə münasibətlərinin sonrakı inkişaf xətti də qarşıdan gələn 28 may seçkilərindən asılıdır. Azərbaycanın dövlətçilik tarixində mühüm yeri olan bu tarixin Türkiyə üçün də növbəti bir zəfər, qalibiyyət və inkişaf tarixi olacağına əminik.
Ümid edirik ki, Türkiyə-Azərbaycan qardaşlığına son qoymaq istəyənlərin, Zəngəzur dəhlizini açilmağa maneə olanların, Kamal Kılıçdaroğlunu dəstəkləyən, onun əlinə “bir kəmər bir yol” layihəsinin yeni cızılmış xəritəsini verib danışdıranların arzuları ürəklərində qalacaq.
Seçkilərin 1-ci turunda Kılıçdaroğlunun seçki kampaniyasını maliyyələşdirən erməni lobbisi də məğlub oldu. Ərdoğan Türkiyəyə daha çox indi lazımdır. O, Türkiyənin içərilərinə qədər sizmış antitürkçü qüvvələrin neytrallaşdırlması, Türkiyənin beynəlxalq siyasət meydanında maraqlarının qorunması, daha güclü və qüdrətli Türkiyənin qurulması üçün türk insanına və bu coğrafiyada məskunlaşmış region insanına lazımdır. Türk xalqını yalan vədlərlə xəyallar qurmağı çağıran, özü maliyyəçi olsa da, öz sahəsini belə tam qavramayan Kılıçdaroğlu kimi bir naşı siyasəti necə davam etdirə bilər ki?
Unudulmamalıdır ki, bir şeyi qurmaq üçün illər lazim olur, dağıdıb parçalamaq üçün isə bir gün də bəs edir. Əminliklə deyə bilərəm ki, türk insanı Ərdoğanın 20 ildir qurduğu, inkişaf etdirdiyi, güc, fikir mərkəzinə çevirdiyi Türkiyəyə sahib çıxacaq, özünün qurucu Liderinə səs verəcək!
28 may seçkilərində TÜRİYƏ qələbə çalacaq!
Qərb Ərdoğanın seçkilərdə məğlub olacağını gözləsə də, türk xalqı Liderinə bir daha dəstək verəcək!
Qarabağda qalib gələn komanda mütləq Türkiyədə də qalib olacaq!
Biz səninləyik, əziz Türkiyə!
Laçın Abasov
Sosial Tədqiqatlar Mərkəzi