METBUAT.AZ

Dünya

Ərdoğana böyük sürpriz:

17 may 2023 09:25

Prezident Rəcəb Tayyib Ərdoğanın təşviqat kampaniyasında istifadə etdiyi "Duyanlara Duymayanlara" mahnısı barədə maraqlı detallar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, müğənni Cengiz Kurtoğlu dillərə dastan olan mahnısı barədə danışıb. O bildirib ki, Ərdoğan belə mahnının hazırlanmasından xəbərsiz olub. Cengiz Kurtoğlu ilk dəfə mahnını hakim Ədalət və İnkişaf partiyasının İstanbulda təşkil edilən tədbirində oxuyaraq, Ərdoğana sürpriz edib.

“Mahnıdan istifadə edildiyinə görə, çox sevindim. Seçki kampaniyası başlayandan çox qürur duyuram. Hörmətli prezidentimin belə bir şeydən xəbəri yox idi. İstanbul Gənclik Toplantısında ona sürpriz etdik. Xəbəri yox idi. Ozü də çox sevindi” - Cengiz Kurtoğlu deyib.



metbuat.az.