METBUAT.AZ

Ölkə

Ərdoğandan növbəti turla bağlı

16 may 2023 12:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu dəstəkləyənlərə öz minnətdarlığını bu sözlərlə ifadə edib: “Biz Cümhur İttifaqı olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından alnıaçıq çıxdıq”.

Həmçinin, dövlət başçısı öz “Twitter” hesabında növbəti mərhələilə bağlı çağırış edib:

“Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, əzmkarlığınıza və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yol yoldaşları verib. Artıq mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır. Sizə güvənirəm”.


metbuat.az.