3 may 2023 11:53
“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”.