11 may 2023 09:09
Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.