METBUAT.AZ

İdman

“Fənərbaxça"nın futbolçusu "Barselona"ya transfer olur

11 may 2023 09:16

“Barselona” “Fənərbaxça”nın ulduz futbolçusu Arda Güləri transfer etmək üçün hərəkətə keçib.

Metbuta.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Barselona” gənc istedadı transfer etmək üçün mümkün olan bütün imkanlarından istifadə etmək istəyir. İddia edilir ki, “Fənərbaxça” Arda Gülər üçün 20 milyon avrodan aşağı olan təklifləri qəbul etməyəcək. Məlumata görə, “Barselona”nın transferdəki əsas rəqibi PSJ klubudur. PSJ-nin maliyyə baxımından daha iddialı olduğu bildirilir. Arda Gülərin isə “Barselona”da oynamağa istəkli olduğu deyilir.

Qeyd edək ki, Arda Gülərlə Avropanın digər aparıcı klublarının da maraqlandığı bildirilir.


metbuat.az.