8 may 2023 18:33
Füzuli rayonunun Aşağı Veysəlli kəndi Qarasu çayının sol sahilində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Metbuat.az xəbər verir ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Veysəlli kəndinin görüntülərini təqdim edir: